“Trendyol” Azərbaycana gəlir – Qiymətlər UCUZLAŞACAQ?

“Trendyol” Azərbaycana gəlir – Qiymətlər UCUZLAŞACAQ?

Hazırda oxunan: “Trendyol” Azərbaycana gəlir – Qiymətlər UCUZLAŞACAQ?

133729

“Trendyol” nəhayət ki, Azərbaycana gəldi. Amma bu şirkət ölkəmizə tərəfdaş kimi gəlir. Onun tərəfdaşı isə “PAŞA Holdinq” oldu. Bununla bağlı iki qurum arasında İstanbulda keçirilən TEKNOFEST çərçivəsində Azərbaycanda birgə fəaliyyətlə bağlı anlaşma imzalanıb.

Bizim.Media xəbər verir ki, bu anlaşmanı Azərbaycan İnternet Forumunun prezidenti Osman gündüz şərh edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Xidmətindən “Trendyol”la bağlı rəsmi AÇIQLAMA


O bildirib ki, “Trendyol” kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından müsbət dəyərləndirilməlidir:

“Eyni zamanda bu, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi, əlçatanlıq, daha rahat alış- veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilməlidir.

Düşünürəm ki, bu azad rəqabət mühiti yaradacaq.

Və nisbətən böyük karqo şirkətlərimiz, “Trendyol”dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərənlər, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər. 

“PAŞA Holdinq”in bu şirkətlərlə münasibəti və çatdırılma sahəsində onlarla əməkdaşlığı da bu karqo şirkətlərin gələcək taleyində mühüm rol oynayacaq. Düşünmək olar ki, e-ticarət ekosistemində “PAŞA Holdinq”in , onun e-ticarət platforması olan “Umico”nun xüsusi çəkisi artacaq. “PAŞA Holdinq” bu bazarda nəhəng oyunçuya çevriləcək. Güman ki, “Trendyol” üzərindən bütün alış-veriş əməliyyatların ödəniş sistemi “PAŞA Bank”ın ödəniş sistemi ilə reallaşacaq. 

“PAŞA Holdinq” və “Trendyol” anlaşmalarının “Umico”nun güclənməsinə xidmət edəcəyi şəksizdir. Çatdırılma infrastrukturu da olan “Umico” daha geniş müştəri bazası əldə edə biləcək.

Bəs, “Trendyol”un gəlişindən sonra Azərbaycan vətəndaşları üçün qiymətlər necə olacaq?

Osman Gündüz bu barədə danışarkən bildirib ki, “Trendyol.com”a daxil olmaq istəyənlər “Trendyol.az”a yönləndiriləcək:

“Nəzərə alaq ki, anlaşmanı imzalayan “PAŞA Holdinq”in rəhbəri Cəlal Qasımov da bundan sonra soydaşlarımızın daha sərfəli qiymətlərə və məhsul çeşidlərinə çıxış imkanları qazanacağını bildirib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO