İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bununla yanaşı, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Vergi Xidməti yayıb.
Mənbə yazır ki, sözügedən azadolmalar işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən fiziki şəxslərin həmin ərazilərdə həyata keçirdiyi sahibkarlıq fəaliyyətlərinə münasibətdə tətbiq olunur.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:50 / 01.05.2023
Qarabağdakı rezidentlərə hansı güzəştlər ŞAMİL OLUNUR?
Hazırda oxunan: Qarabağdakı rezidentlərə hansı güzəştlər ŞAMİL OLUNUR?
Hazırda oxunan: Qarabağdakı rezidentlərə hansı güzəştlər ŞAMİL OLUNUR?
133707
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.