Naxçıvanda vergi yoxlamalarının sayı 10 dəfə AZALDILDI

Naxçıvanda vergi yoxlamalarının sayı 10 dəfə AZALDILDI

Hazırda oxunan: Naxçıvanda vergi yoxlamalarının sayı 10 dəfə AZALDILDI

132431

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti vergi inzibatçılığının təkmilləşdirilməsi prosesini davam etdirir.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, bu, vergiödəyicilərinə xidmətin keyfiyyətində və vergi ödəmələrinin artımında öz əksini tapır.

Məlumata əsasən, 2023-cü ilin birinci rübündə muxtar respublikada bütün vergilərin təxminən 81 faizi könüllü ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergilərin könüllü bəyan edilməsində 4,2 dəfə, könüllü ödənilməsində isə 1,5 dəfə artım müşahidə olunub.
Ötən ilin yanvar–mart aylarına nisbətən bu ilin birinci rübü ərzində ümumilikdə vergi yoxlamalarının sayı 10 dəfə azaldılıb, səyyar vergi yoxlaması isə təyin edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO