Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirilən onlayn mətbuat konfransında söyləyib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanda baş verənlər planlarımıza təsir edə bilməz” – İlham Əliyev
Mən Ağdama səfər edəndə çox böyük sarsınıtı, təəsüf hissi keçirdim. Mən şok oldum:
“Amma həm də fərəh hissi keçirdim ki, biz bu torpaqlara qayıtmışıq. Ağdamda işğaldan öncə 40 minə yaxın əhali yaşayırdı.
Təbii ki, indi onların sayı artıb. Biz 70 minlik bir şəhərin bərpa planını işləməliyik. Ağdamda yalnız ev tikilməyəcək.
Burada məktəb, bağça, digər infrastruktur layihələri inşa olunacaq. Yalnız Ağdam deyil, işğaldan azad olunan bütün ərazilərdə yenidənqurma işləri həyata keçirləcək.
Çünki, ermənilər bütün ərazilərimizi yerlə yeksan ediblər. Bu ilin sonuna kimi bu ərazilər su, qaz enerji ilə təmin olunacaq. Bunun üçün dövlət büdcəsindən vəsait də ayrılıb”.
Gülşanə Mustafayeva, Bizim.Media