Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Azərbaycana avtomobil idxalı kəskin bahalaşıb

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Azərbaycana avtomobil idxalı kəskin bahalaşıb

Hazırda oxunan: Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Azərbaycana avtomobil idxalı kəskin bahalaşıb

130819

Avtomobil idxalı miqdar ifadəsilə 21,6%, məbləğ ifadəsilə isə 66% artıb. İdxalın dəyərinin (məbləğinin) miqdardan daha sürətlə artması avtomobillərin bahalaşdığına işarədir. 

2023-cü ilin ilk rübündə (yanvar-mart) Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Maşın sığortası üzrə ən çox şikayət haradandır? - Siyahı 


Bildirilib ki, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə (66%), miqdar ifadəsində isə 3 min 697 ədəd və ya 21,6% artıb.

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit 2022-ci ilin ilk rübündə Azərbaycana 189 milyon 354 min dollar dəyərində 17 min 102 ədəd nəqliyyat vasitələri idxal edilmişdi. 

Ötən ilin ilk rübündə minik avtomobillərinin idxalı 15 min 934 ədəd ikən, 2023-cü ilin ilk rübündə 19 min 264 ədəd təşkil edib.  

2023-cü ilin ilk 3 ayında Azərbaycana 3 min 47 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 408 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Ötən ilin ilk ayında bu saylar müvafiq olaraq 3 min 140 ədəd və 70 ədəd idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO