Su probleminin həlli üçün NÖVBƏTİ ADDIM – Yeni anbarın inşasının qazandıracağı DİVİDENDLƏR

Su probleminin həlli üçün NÖVBƏTİ ADDIM – Yeni anbarın inşasının qazandıracağı DİVİDENDLƏR

Hazırda oxunan: Su probleminin həlli üçün NÖVBƏTİ ADDIM – Yeni anbarın inşasının qazandıracağı DİVİDENDLƏR

130800

“Məlum olduğu kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama Qəbələdə "Yengicə" su anbarının tikilməsi nəzərdə tutulub. Bu qərar ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin davamı kimi yeni ehtiyatların səfərbər edilməsi məqsədini daşıyır”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Qəbələ rayonunda "Yengicə" su anbarının tikintisi, eləcə də qarşıdakı illərdə digər su anbarları və ehtiyatların yaradılması ilə bağlı zəruri tədbirlər su ehtiyatlarının artırılması məqsədi daşıyır: 

“Son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edir. 

Azərbaycan hökuməti də bu sahədə ardıcıl addımlar atır. Təhlillərə əsasən, yeni ehtiyatların formalaşdırılması nəzərdə tutulur.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Plan”a əsasən, yeni ehtiyatların yaradılması üzrə layihələr hazırlanır. Qəbələ rayonunun ərazisində "Yengicə" su anbarının tikintisi də bu plana əsasən həyata keçirilir.

A.Hüseynov qeyd edib ki, hazırda su ehtiyatlarının təmin edilməsi ilə yanaşı, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi istiqamətində də paralel işlər aparılır: 

Belə ki, suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkili, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlərin səmərəliliyinin təmin edilməsi məqsədilə yeni addımlar atılmaqdadır. 

Bir müddət əvvəl dövlət başçısının müvafiq fərmanına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması da bu siyasətin tərkib hissəsidir.

Ümumilikdə, bu kompleks tədbirlər ölkəmizdə yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqinin aparılmasına, hesabatlılığın və qənaətliliyin təmin edilməsinə, eləcə də bu sahələrdə vahid dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsinə səbəb olacaq”.

Ziya Hikmətoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO