Özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar SƏRTLƏŞDİRİLİR

Özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar SƏRTLƏŞDİRİLİR

Hazırda oxunan: Özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar SƏRTLƏŞDİRİLİR

129468

Azərbaycanda özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar sərtləşdirilməsinə dair layihə I oxunuşda qəbul edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 395.1-ci bəndinə təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. 

Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə ediləcək. 
Məcəllənin hazırki bəndi isə belədir:

“Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO