Mühəndis-kommunikasiya sistemlərinə qoşulanlar həbs EDİLƏCƏK

Mühəndis-kommunikasiya sistemlərinə qoşulanlar həbs EDİLƏCƏK

Hazırda oxunan: Mühəndis-kommunikasiya sistemlərinə qoşulanlar həbs EDİLƏCƏK

129462

Azərbaycanda qaydaları pozaraq mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulanlar həbs ediləcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni 314-4-cü maddə (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulma) əlavə olunur. 

Yeni maddəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. 

Dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO