İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib

Hazırda oxunan: İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib

128127

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtərdə Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib. 

Bu barədə Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, lisenziyaların verilməsi, ixraca dəstək, işğaldan azad edilmiş ərazilərdə işgüzar fəaliyyət, habelə sosial və s. məsələlərlə bağlı olub. 

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO