Alça yenə GÜNDƏM OLDU – Kilosu 195 MANAT - FOTO

Alça yenə GÜNDƏM OLDU – Kilosu 195 MANAT - FOTO

Hazırda oxunan: Alça yenə GÜNDƏM OLDU – Kilosu 195 MANAT - FOTO

127458

Adətən ilin bu vaxtı ticarət mərkəzlərində meyvələr arasında alçanın fantastik qiymətlərlə satıldığının şahidi oluruq. Bu il də anoloji vəziyyət təkrarlanır. Belə ki, Bakıdakı Bolmart ticarət mərkəzində alçanın 1 kilosu 195 manata satılır. 

Görəsən, nədən yazın ilk dövründə alça belə fantastik, əksəriyyəti üçün əlçatmaz olan qiymətlərə satılır?   

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bunun səbəbini alçanın yeni nübarlıq meyvəsi olması ilə əlaqələndirdi:

“Yeni nübar meyvə olduğundan hələlik alçanın qiyməti belə fantastik və absurd qiymətə satılır. Hansısa mal və meyvənin belə yüksək qiymətlə satışı adətən vətəndaşların qəzəbinə səbəb olur. Amma burada hansısa bir qanunvericilik pozuntusu da yoxdur. Ticarət şəbəkələrinin satdıqları məhsulla bağlı öhdəlikləri əldə etdikləri gəlirdən vergi ödəməkdən ibarətdir. Onlara hansısa bir formada müdaxilə imkanı yoxdur. Alçanın qiyməti belə baha olsa da, həmin qiymətə ciddi müştəri qazana bilməyəcəklər. Tələblə təklif arasında nisbət pozulanda qiymətlər həmişə dəyişir”. 

Ekspert bildirir ki, yaxın həftələrdə alçanın qiyməti düşəcək:

“Güman ki, həmin yüksək qiymətə satışın mümkünsüzlüyü nəzərə alınaraq, yaxın həftələrdə alçanın qiyməti məcburən enəcək”. 

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO