Dövlət büdcəsinin gəlirləri 4,3 mlrd. manat ARTDI

Dövlət büdcəsinin gəlirləri 4,3 mlrd. manat ARTDI

Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri 4,3 mlrd. manat ARTDI

126008

2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 29197,8 mln. manat proqnoza qarşı 30 679,6 mln. manat icra edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Bu, 2021-ci illə müqayisədə 4283,3 mln. manat və ya 16,2% çoxdur.

Büdcə gəlirlərinin 50,7%-i İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 18,4%-i Dövlət Gömrük Komitəsinin, 25,8%-i Dövlət Neft Fondu, 2,6%-i dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 2,5%-i sair mənbədən daxil olub.
Qeyd edilib ki, 2018-2022-ci illərdə icra olunmuş dövlət büdcəsinin gəlirləri 8 170,7 mln. manat və ya 36,3% artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO