Martın 10-da Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərinin 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatı, o cümlədən maliyyə nəticələri, portfel şirkətləri üçün əsas səmərəlilik göstəricilərinin müəyyənləşdirilməsi və büdcələmə prosesinin planlaşdırılması qaydaları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Bakı Metropoliteni” QSC, “BakuBus” MMC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin korporativ idarəetmə standartları və digər cari məsələlər ətraflı müzakirə edilib.
Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:20 / 10.03.2023
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
Hazırda oxunan: Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
Hazırda oxunan: Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
124881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.