Martın 8-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,74 dollar ucuzlaşaraq 84,73 dollar olub.
Bizim.Media bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,71 dollar ucuzlaşaraq 82,85 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,48 dollar ucuzlaşaraq 46,26 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 8-də 1,65 dollar ucuzlaşaraq 82,36 dollar olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:54 / 09.03.2023
“Azeri Light” nefti UCUZLAŞDI
Hazırda oxunan: “Azeri Light” nefti UCUZLAŞDI
Hazırda oxunan: “Azeri Light” nefti UCUZLAŞDI
124529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.