“Son 10 ildə kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. Ekspert heyvanların sayının azalması səbəblərini belə izah edib:
MÖVZU İLƏ BAĞLI:
Bölgələrdə ətin qiyməti qalxıb - SƏBƏBİ AÇIQLANDI - VİDEO
“Səbəblər çoxdur, amma başlıca səbəb yem məhsulları amilidir, o cümlədən örüş sahələrinin azalması məsələləridir. Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2 678 000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2 417 000 hektara enib, yəni 261 000 hektar azalıb. 261 min hektar heyvandarlıq üçün çox böyük sahədir”.
Statistika Komitəsinin məlumatına görə 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xirdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub.
Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı isə 8,67 milyon idi. Toplasaq görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb.
Alçina Amilqızı, Bizim.Media