Azərbaycanda müştəri riskləri qiymətləndiriləcək

Azərbaycanda müştəri riskləri qiymətləndiriləcək

Hazırda oxunan: Azərbaycanda müştəri riskləri qiymətləndiriləcək

123076

Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə müştəri profili məlumatlarının toplanması və müştəri profili risklərinin qiymətləndirilməsi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Qeyd olunub ki, bu fəaliyyət Azərbaycan Mərkəzi Bankı (AMB), Vəkillər Kollegiyası, aidiyyəti sahəvi qeyri-kommersiya qurumları - Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası cəlb edilməklə həyata keçiriəcək.
Bu qurumlara müştəri profillərinin tam olaraq komplektləşdirilməsi və müştəri profili riskinin müəyyən edilməsi, müştəri profillərinin formalaşması zamanı risk əsaslı yanaşmaya keçid, öhdəlik daşıyan şəxslər tərəfindən risk əsaslı yanaşmanın tətbiqi və institusional risk qiymətləndirilməsi üçün əsasların formalaşdırılması tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO