Neftin bir bareli 100 dollar olacaq - PROQNOZ

Neftin bir bareli 100 dollar olacaq - PROQNOZ

Hazırda oxunan: Neftin bir bareli 100 dollar olacaq - PROQNOZ

12237

Neftin bir barelinin 100 dollar olacağı gözlənilir

ABŞ bankları – “JPMorgan Chase & Co.” və “Goldman Sachs” neftin qiymətinin bir barel üçün 100 ABŞ dollara yüksələcəyini proqnozlaşdırır.

Bizim.Media “angi.ru”ya istinadən xəbər verir ki, iqtisadçılar pandemiyanın təsirlərinin azalması ilə xammal bazarında yeni “supertsikl”in başlayacağını düşünürlər.

“Önümüzdəki illərdə əvvəlcə neftə ehtiyacımız çoxalacaq və təklif tələbi ödəməyəcək. Amma sonra neftə heç ehtiyacımız da olmayacaq".

"Bu dövrdə neftin bir barrelinin 100 ABŞ dollar və ya daha çox olacağını görə bilirik”, - “JPMorgan”ın neft-qaz sektorunun başçısı Kristian Malek deyib.

“Financial Times” yazır ki, xammalın qiyməti son dəfə 2014-cü ildə belə həddə çatıb. Bu cür böyümənin ilkin şərtləri neftə tələbatı dəstəkləyəcək büdcə stimulları olacaq. Tələb və təklif arasındakı fərq qiymətlərin sürətlə artmasına səbəb olacaq və yeni “supertsikl”in yaranmasına xidmət edəcək.

Bu da neft bazarının tamamilə çevrilməsi və COVID-19 pandemiyasından qurtulması demək olacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 65,09 dollar/barel (+1,17%), WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 61,72 dollar/barel (+0,95%) təşkil edib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO