Bələdiyyələr xidmət qurumuna nə vaxt ÇEVRİLƏCƏK? – İqtisadçıdan vəziyyətin ŞƏRHİ

Bələdiyyələr xidmət qurumuna nə vaxt ÇEVRİLƏCƏK? – İqtisadçıdan vəziyyətin ŞƏRHİ

Hazırda oxunan: Bələdiyyələr xidmət qurumuna nə vaxt ÇEVRİLƏCƏK? – İqtisadçıdan vəziyyətin ŞƏRHİ

121768

Azərbaycanda bələdiyyə institutunun normal fəaliyyəti və inkişafı üçün qanunverici və maddi texniki bazanın olmasına baxmayaraq bələdiyyələr illərdir ki, yerində sayır. Faktiki olaraq icra hakimiyyətlərinin bir şöbəsinə çevrilib və  heç bir məsələni həll edə bilmirlər. Funksiyalarına aid - zibil, lift, yol və s. kimi məsələləri belə vətəndaş özü həll edir. Bələdiyyələr isə xidmətsizlik qarşılığında vətəndaşdan rüsum və ya vergi tələb edir.

Bələdiyyələr idarəetmə strukturu kimi niyə inkişaf etmir? İcra hakimiyyətləri ilə paralel fəaliyyəti bu təsisatın formalaşmasına əngəl törədirmi? Azərbaycanda bələdiyyələrə, yoxsa icra hakimiyyətlərinə ehtiyac var?

Müsahibimiz iqtisadçı - ekspert Vüqar Oruc Bizim.Media-ya açıqlamasında həmin suallara aydınlıq gətirib. O, bildirib ki, ilk növbədə bələdiyyələrin xidmət ənənəsi yaradılmalıdır:

“Bələdiyyələrin üzərinə konkret vəzifə və missiya qoyulmayıb. Onlar müxtəlif vergi və rüsumların yığılması istiqamətində fəaliyyət göstərirlər. Bu isə ölkə, xüsusən Bakı əhalisində ciddi narazılıq yaradır. Ona görə də ilk növbədə bələdiyyələr daha çox siyasi qurumdan işçi quruma çevrilərək xidmət sahəsi kimi özünü göstərməlidir. Çünki ölkə əhalisi bələdiyyələrdən daha çox şey umur”.

Ekspert hesab edir ki, müvafiq qanunvericilikdən çıxış edərək icra hakimiyyətləri ilə bələdiyyələr arasında iş, status və sahə bölgüsü aparılmalıdır.

Əgər müəyyən istiqamətdə paralellik varsa, bunlar aradan qaldırılmalıdır. Vüqar Orucun fikrincə, icra hakimiyyətləri öz yerlərini yeni icraetmə strukturlarına verməlidirlər və bu strukturlar daha çevik fəaliyyət imkanlarına malik olmalıdırlar:

“Korrupsiyadan və bürokratiyadan uzaq bir sistem qurulmalıdır. Hazırda cənab prezident məhz bunun üçün çalışır və apardığı islahatlar da bu xarakterdədir.

Fikrimcə, yaxın müddətdə aparılmış islahatların həyata keçirilmiş tədbirləri nəticəsində sözügedən istiqamətdə müəyyən aydınlığın meydana gəlməsinin şahidi olacağıq. Müasir dünyanın idarəetmə prinsiplərindən biri də prosesin özünə az xərc sərf olunması, idarəetmə prinsipinin şəffaf olması və prosesin çevik fəaliyyət göstərməsidir.
Çevik fəaliyyət isə sistem zəncirinin, məmur halqasının daha qısa olması, bir işə məsul şəxsin konkretləşməsi hesabına baş verməlidir. Yəni, əvvəlki kimi yüzlərlə məmurun işlədiyi icra strukturlarına ehtiyac yoxdur”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO