Azərbaycan bazarında tikinti materialları bahalaşacaq - SƏBƏB

Azərbaycan bazarında tikinti materialları bahalaşacaq - SƏBƏB

Hazırda oxunan: Azərbaycan bazarında tikinti materialları bahalaşacaq - SƏBƏB

121053

Türkiyədə baş verən zəlzələ istər-istəməz sonrakı mərhələdə dağıntıların bərpası fonunda tikinti materiallarına tələbatın artmasına gətirib çıxaracaq. Zəlzələdən ziyan çəkmiş binaların, evlərin bərpası və yaxud yenidən tikilməsi bu zaman istifadə olunan materiallara tələbat yaradacaq. 

Azərbaycan tikintiyə olan tələbatın bir hissəsini məhz Türkiyədən idxal edilən tikinti materialları hesabına ödəyir. Eyni zamanda, Azərbaycandan istehsal etdiyi bir sıra tikinti materiallarını həm də Türkiyəyə ixrac edir.

Bu fonda maraqlıdır, zəlzələdən sonra qardaş ölkədən ölkədən ölkəmizə gətirilən tikinti malları, santexnika məhsulları, həmçinin Azərbaycandan Türkiyəyə ixrac edilən tikinti matreallarının qiymətində bahalaşma baş verə bilərmi? 

Bizim.Media-ya açıqlamasında əmlak-tikinti məsələləri üzrə ekspert Rövşən Talıbzadə bildirir ki, mövcud situasiyada bu sahədə hər hansı bir qiymət dəyişikliyi hiss olunmur.

Bu da həmsöhbətimizə görə, hadisələrin yenicə cərəyan etməsilə bağlıdır:

“Amma gələcəyə doğru Türkiyədən ölkəmizə və əks istiqamətdə tikinti materiallarının idxal-ixracı zamanı qiymətlərdə müəyyən dəyişikliklər baş verə bilər. Mövcud vəziyyətdə isə tikinti materialı bazarında qiymət dəyişikliyi hiss olunmur”. 

Ekspert düşünür ki, baş vermiş faciənin tikinti materiallarının qiymətində fəsadları tədricən, 3-6 ay ərzində hiss olunacaq:

“Hələlik tikinti bumu başlamayıb, mövsüm adətən apreldən sonra başlayır. Bəlkə də həmin zaman tikinti materiallarının qiymətində bahalaşma baş verər. Hələliksə, bu müşahidə edilmir, idxal və ixrac məhsullarında elə bir qiymət dəyişikliyi yoxdur”. 

R.Talıbzadə deyir ki, bir neçə aydan sonra tikinti materiallarının qiymətində bahalaşma olsa da, bu özünü heç də həmin materialların bütün spektrində göstərməyəcək:

“Tələbatın daha çox olduğu materialların qiyməti daha çox artacaq. Amma bu fonda bahalaşmanın hansı tempdə olacağı barədə hansısa bir dəqiq rəqəm adı çəkmək mümkün deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO