Azərbaycan 12 ölkəyə 1,4 milyon ton neft ixrac edib

Azərbaycan 12 ölkəyə 1,4 milyon ton neft ixrac edib

Hazırda oxunan: Azərbaycan 12 ölkəyə 1,4 milyon ton neft ixrac edib

120604

Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 538 333,86 min ABŞ dolları dəyərində 848 983,07 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb. 

Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarı və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 237 065,03 min dollar dəyərində 381 940,3 ton neft ixrac edilib. 

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Almaniya tutur. Yanvarda bu ölkəyə 91 719,7 min dollar dəyərində 145 940,95 ton neft ixrac edilib. 

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Siyahıdan göründüyü kimi, hesabat dövründə 12 ölkəyə 1 397 747,32 min dollarlıq 2 246 118,56 ton neft ixrac edib. 

Azərbaycanın bu ilin yanvarında neft ixrac etdiyi ölkələrə dair tərtib olunan reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO