Dünya Bankı Azərbaycana 70 milyon dollar kredit verəcək

Dünya Bankı Azərbaycana 70 milyon dollar kredit verəcək

Hazırda oxunan: Dünya Bankı Azərbaycana 70 milyon dollar kredit verəcək

11920

Dünya Bankı (DB) yeni yol layihəsinin həyata keçirilməsi üçün 2021-ci il ərzində Azərbaycana 65-70 milyon dollar kredit verməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Məlumata görə, “Kreditin “Avtomobil yollarının bərpası və iqtisadi imkanlar yaradılması” layihəsi çərçivəsində ayrılması planlaşdırılır.

“Kreditin ümumi məbləği 65-70 milyon dollar təşkil edəcək, kredit resurslarının çox hissəsinin Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulması üçün istifadəsi nəzərdə tutulur.

Bundan əlavə, kreditin bir hissəsinin yolun keçdiyi bölgənin iqtisadi potensialının inkişafına yönəldilməsi planlaşdırılır”,- deyə bankdan bildirilib.

Kreditin 2021-ci il ərzində təsdiqlənəcəyi qeyd edilir.

“Mart ayının sonunadək layihənin əsas konturlarının müəyyənləşdirilməsi planlaşdırılır”, - deyə bankdan əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO