''Cənub Qaz Dəhlizi mühüm diplomatik nailiyyətdir'' - ABŞ səfirliyi

''Cənub Qaz Dəhlizi mühüm diplomatik nailiyyətdir'' - ABŞ səfirliyi

Hazırda oxunan: ''Cənub Qaz Dəhlizi mühüm diplomatik nailiyyətdir'' - ABŞ səfirliyi

11877

Keçən həftə Prezident İlham Əliyev, energetika naziri Pərviz Şahbazov, Avropa İttifaqı və digər 15 ölkənin nümayəndələri ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında iştirak etməkdən çox məmnunuq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin yaydığı məlumatda deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Cənub Qaz Dəhlizinin Avropaya verdiyi, Azərbaycana gətirdiyi güc – İMZANIN SAHİBİ


Bildirilib ki, ABŞ-ı bu tədbirdə dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin səlahiyyətlərini icra edən Kurt Donnelly və səfir Örl Litzenberqer təmsil ediblər.

“Cənub Qaz Dəhlizi mühüm bir texnoloji və diplomatik nailiyyətdir.

Bu layihəni vaxtında və 7 milyard dollardan az budcə ilə başa vurmasına görə dövlət strukturları ilə özəl şirkətlər arasındakı səmərəli əməkdaşlıqdan qürur duyuruq.

Hal-hazırda biz Cənub Qaz Dəhlizi layihəsinin mövcud və yeni bazarlara çatdırılacaq yeni qaz mənbələri ilə genişləndirilməyini gözləyirik. Təbrik edirik!”, - deyə açıqlamda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO