Azərbaycanın xarici borcu iki dəfə arta bilər

Azərbaycanın xarici borcu iki dəfə arta bilər

Hazırda oxunan: Azərbaycanın xarici borcu iki dəfə arta bilər

118362
Azərbaycanın xarici borcu iki dəfəyədək arta bilər. Bunu  iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Qubad İbadoğlu Britaniyanın “Financial Times”x9d qəzetində çıxan “Beynəlxalq Valyuta Fondu və Dünya Bankı neftlə əlaqəli defoltu qabaqlamaq üçün hərəkətə keçir”x9d yazısına əsaslanaraq bildirib ki, Azərbaycan böyük borclanmaya gedir: “Yazıdan məlum olur ki, Beynəlxalq Valyuta Fondunun nümayəndələri yanvarın 28-dən fevralın 4-dək Bakıda olacaqlar. Eyni vaxtda başqa beynəlxalq maliyyə kredit institutlarının, o cümlədən Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də Bakıda olacaqlar.

Qəzetin yazdığına görə, Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı danışıqlarda əsas məqsəd Dünya Bankından 4 milyard dollar kredit götürməkdir. Bu günlərdə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında da 1,1 milyard dollarlıq kredit sazişi imzalanıb. Göründüyü kimi, danışıqlar uğurla başa çatsa, il ərzində Azərbaycan iqtisadiyyatına son 20 illik borcdan çox kredit cəlb oluna bilər. Ölkədə ümumi daxili məhsulun dollar ifadəsində getdikcə kiçildiyini də nəzərə alsaq, deyə bilərik ki, yekunda Azərbaycanın xarici borcu bir ildə iki dəfəyədək arta bilər”x9d. (Transparency.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO