İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonla görüşüb.
Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini, münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb.
Görüşdə Avropa İttifaqı tərəfindən Azərbaycanın bərpa olunan enerji istehsalı sahəsində böyük potensialı qeyd edilib, “yaşıl” enerjiyə keçid strategiyası, resurslardan səmərəli istifadə və enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:29 / 03.02.2023
Azərbaycan Aİ ilə “yaşıl enerji"yə keçid strategiyasını müzakirə edib - FOTO
Hazırda oxunan: Azərbaycan Aİ ilə “yaşıl enerji"yə keçid strategiyasını müzakirə edib - FOTO
Hazırda oxunan: Azərbaycan Aİ ilə “yaşıl enerji"yə keçid strategiyasını müzakirə edib - FOTO
118337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.