Yaşıl enerji potensialını reallaşdırmaq üçün İKİNCİ ADDIM nə olmalıdır? – Ekspertin TƏKLİFİ

Yaşıl enerji potensialını reallaşdırmaq üçün İKİNCİ ADDIM nə olmalıdır? – Ekspertin TƏKLİFİ

Hazırda oxunan: Yaşıl enerji potensialını reallaşdırmaq üçün İKİNCİ ADDIM nə olmalıdır? – Ekspertin TƏKLİFİ

118295

Azərbaycan artıq yaşıl enerji istehsalı sahəsində də ciddi addımlar atmağı hədəfləyib. Hətta istehsal edilən yaşıl enerjinin Avropa ölkələrinə nəqli də gözlənilir. Görünən odur ki, Qərb də bunda maraqlıdır. Rumıniya Prezidentinin Azərbaycana səfərində məqsədlərdən biri də məhz budur. Azərbaycanın bu istiqamətdə ciddi niyyətinin olduğunu hazırda Bakıda keçirilən yaşıl enerji üzrə birinci Məşvərət Şurası da təsdiqləyir. 

Bu fonda maraqlıdır, Azərbaycanın yaşıl enerji poytensialı nə qədərdir? Bu enerji hansı mənbələr hesabına formalaşacaq?

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanın mövcud yaşıl enerji potensialı daxildə elektrik enerjisinə olan tələbatı tam ödəməklə yanaşı, ciddi həcmdə ixracat potensialı da yaratmaq gücündədir: 

“İqlim şəraitinə görə, Azərbaycanın potensial olaraq yaşıl enerji sahəsi üzrə kifayət qədər ciddi resursları var. İlin 260 günü Azərbaycanda günəşli keçir. Xəzər dənizi boyu və hündür dağ silsilələrində isə külək enerjisindən istifadə etmək mümkündür. Hazırda əhalinin elektrik tələbatının ödənilməsi üçün onlarla qaz modul stansiyaları var. Təbii qazın həmin modul stansiyalarda elektrik enerjisinə çevrilməsi üçün infrastruktur qurulub. Belədə yerli ehtiyacın bir hissəsini alternativ enerji hesabına ödəməklə, artıq qalan qaz potensialının xarici bazarlara çıxarılması hədəflərdən biridir”.  

Həmsöhbətimizin fikrincə, yaşıl enerjidən istifadə üçün daha geniş müstəvidə proqram qəbuluna ehtiyac var:

“Problem də bundadır. Belə ki, Azərbaycan yaşıl enerji üçün texnologiyalar istehsal etmək potensialına malik deyil. Ona görə də alternativ enerji potensialından istifadə üçün qurulacaq yeni infrastrukturla paralel mütəxəssislərin yetişdirilməsi və istehsal sahələrinin yaradılmasına da ehtiyac var ki, xarici istehsalçı və texnoloji şirkətlərdən asılı olmayaq. Bu baş verməsə, yaşıl enerji ixracından əldə etdiyimiz gəlirin böyük hissəsi avadanlıqların alınması, təmir və proqram təminatına sərf ediləcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO