Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu YARADILDI

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu YARADILDI

Hazırda oxunan: Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu YARADILDI

118286

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook"da bildirib.

"Genişmiqyaslı plan yaşıl elektrik enerjisini Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana çatdıracaq iki mühüm məqsədə nail olmağa kömək edəcək.

Bu sərmayə ilə biz bir tərəfdən enerji təhlükəsizliyimizi daha da yaxşılaşdıracaq, digər tərəfdən isə iqlimin qorunması hədəflərimizə çatmağa daha da yaxınlaşacağıq. Birgə sərmayə öz növbəsində unikaldır, çünki biz Qara dənizin altında dünyada ən uzun 1195 kilometrlik sualtı elektrik kabelini çəkəcəyik.
Bu gün biz Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupunu yaratdıq və ona vahid texniki-iqtisadi əsaslandırmanın hazırlanması tapşırığı verdik", Peter Siyarto bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO