İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitləri investisiya kimi istifadə oluna biləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.
Qanuna yeni bənd əlavə edilir. Yeni bənddə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işsizlikdən sığorta fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.
İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Qeyd edək ki, 2023-cü ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 212,7 mln. manat nəzərdə tutulub ki, bu da Fondun 2021-ci ilin icra göstəricisindən 8,0%, 2022-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə isə 17,3% çoxdur.
Fondun növbəti ildə gəlirlərinin 75,0%-i işsizlikdən sığorta haqqının, 24,9%-i əvvəlki ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitinin, 0,1%-i isə sair gəlirlərin hesabına formalaşacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:56 / 03.02.2023
Bu fondun sərbəst vəsaitləri investisiya kimi istifadə OLUNACAQ
Hazırda oxunan: Bu fondun sərbəst vəsaitləri investisiya kimi istifadə OLUNACAQ
Hazırda oxunan: Bu fondun sərbəst vəsaitləri investisiya kimi istifadə OLUNACAQ
118208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.