Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında qeyd edilib.
Məlumata görə, görüşdə ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb.
Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Cənubi Qafqaz Boru Kəməri” kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi vurğulanıb, birgə icra edilən layihələrin hər iki ölkənin davamlı iqtisadi tərəqqisinə, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib.
Görüş çərçivəsində SOCAR-ın Türkiyədəki fəaliyyəti, Cənub Qaz Dəhlizi layihəsi, habelə qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda SOCAR ilə TPAO arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:42 / 02.02.2023
Rövşən Nəcəf Türkiyənin neft şirkətinin prezidenti ilə görüşdü - FOTO
Hazırda oxunan: Rövşən Nəcəf Türkiyənin neft şirkətinin prezidenti ilə görüşdü - FOTO
Hazırda oxunan: Rövşən Nəcəf Türkiyənin neft şirkətinin prezidenti ilə görüşdü - FOTO
118108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.