Azərbaycan ötən il 30 ölkəyə 26 mln. tondan çox neft İXRAC EDİB

Azərbaycan ötən il 30 ölkəyə 26 mln. tondan çox neft İXRAC EDİB

Hazırda oxunan: Azərbaycan ötən il 30 ölkəyə 26 mln. tondan çox neft İXRAC EDİB

116651

Ötən il Azərbaycan İtaliyaya 6 640 524,17 min ABŞ dolları dəyərində 8 902 201,85 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir. 

Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarı və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. 2022-ci ildə bu ölkəyə 1 672 358,2 min dollar dəyərində 2 289 417,59 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Ötən il bu ölkəyə 1 625 428,01 min dollar dəyərində 2 016 842,39 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. 

Hesabat dövründə 30 ölkəyə 19 483 623,56 min dollarlıq 26 024 201,67 ton neft ixrac edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO