Neft Fondundan büdcəyə köçürülən VƏSAİT AÇIQLANDI

Neft Fondundan büdcəyə köçürülən VƏSAİT AÇIQLANDI

Hazırda oxunan: Neft Fondundan büdcəyə köçürülən VƏSAİT AÇIQLANDI

116202

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11517,5 mln. manat məbləğində transfertə qarşı 7923,0 mln. manat məbləğində vəsait daxil olub.

Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3594,5 mln. manat və ya 31,2 faiz az istifadə olunmasına imkan verib.

Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29197,8 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1462,7 mln. manat artıq icra olunaraq 30660,5 mln. manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 4264,2 mln. manat və ya 16,2 faiz çoxdur.
Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 15278,8 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1618,5 mln. manat və ya 11,8 faiz, 2021-ci illə müqayisədə isə 2418,8 mln. manat və ya 18,8 faiz çoxdur.

Neft-qaz sektoru üzrə daxilolmaları isə 15381,7 mln. manat və ya proqnozla nəzərdə tutulduğundan 155,8 mln. manat (1,0 faiz) az olub.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15541,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 3801,5 mln. manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7012,3 mln. manat və ya 82,2 faiz çoxdur.

Həmin vəsaitin 52,0 faizi və ya 8082,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 362,8 mln. manat və ya 4,7 faiz, 2021-ci illə müqayisədə isə 1739,9 mln. manat və ya 27,4 faiz çox olub.

Neft-qaz sektoru üzrə isə təmin edilmiş vergi daxilolmaları 7458,7 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 3438,7 mln. manat və ya 85,5 faiz, 2021-ci illə müqayisədə isə 5272,4 mln. manat və ya 3,4 dəfə çoxdur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO