“Artıq növbəti ilin ölkə üzrə xammala olan tələbatı nəzərə alınaraq Geoloji İnformasiya Fondunda saxlanılan məlumatlar təhlil edilib və növbəti il üçün hərraca çıxarılması planlaşdırılan yataq sahələrinin razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib”.
Bizim.Media xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, 2023-cü ildə Agentliyin əsas prioritet sahələrindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olan faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir.
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına “Böyük Qayıdış”la bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən, Agentlik faydalı qazıntı yataqlarının istifadəyə verilməsi və yer təkinin mühafizəsinin təmin edilməsi ilə bağlı işləri həyata keçirəcək.
İlkin mərhələdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur”, - o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:35 / 17.01.2023
Qarabağda faydalı qazıntı yataqlarının istismarı ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qarabağda faydalı qazıntı yataqlarının istismarı ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Qarabağda faydalı qazıntı yataqlarının istismarı ilə bağlı RƏSMİ AÇIQLAMA
115162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.