Naxçıvanda yeni sənaye sahələri yaradılır

Naxçıvanda yeni sənaye sahələri yaradılır

Hazırda oxunan: Naxçıvanda yeni sənaye sahələri yaradılır

114273

Ötən il Naxçıvanda sənaye sahəsinə 36 milyon manatdan çox investisiya yatırılıb. 

Bizim.Media xəbər ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, “Sənaye ili” çərçivəsində məişət və kənd təsərrüfatı avadanlıqları, çaxır, dondurma, mebel, ayaqqabı, plastik qapı-pəncərə istehsalı sahələri olmaqla, ümumilikdə, 16 layihə üzrə işlər başa çatdırılıb, 101 yeni iş yeri açılıb. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalına və emalına xidmət edən 288 layihənin maliyyələşdirilməsinə 112 milyon 727 min 872 manat, təkcə cari ilin ötən dövrü ərzində isə 4 milyon 993 min manat həcmində güzəştli kredit verilib. 
Muxtar respublikada reallaşdırılan iri sənaye layihələrindən olan Şərur Sənaye Məhəlləsində işlər davam etdirilib. 

Hazırda burada 2 mebel və 1 ayaqqabı istehsalı müəssisəsi fəaliyyət göstərir. 

Qeyd edilənlərlə yanaşı, Naxçıvanda yeni Duz İstehsalı Müəssisəsinin, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində salfet və araq istehsalı sahələrinin yaradılması davam etdirilməkdədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO