Prezident: Azərbaycandan elektrik enerjisinin ötürülməsi qlobal layihədir

Prezident: Azərbaycandan elektrik enerjisinin ötürülməsi qlobal layihədir

Hazırda oxunan: Prezident: Azərbaycandan elektrik enerjisinin ötürülməsi qlobal layihədir

114067

“Dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Əsas məsələ bunun bundan sonrakı taleyidir - necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “İkinci Qarabağ müharibəsinin nəticələri dünya tərəfindən qəbul edilib”


Dövlət başçısı deyib: “Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən, eyni zamanda, elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir.

Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və tam reallaşa bilər”. 

Prezident vurğulayıb ki, Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, eyni zamanda, ixrac üçün imkanlar yaranacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO