“Neft bahalaşır, valyuta ehtiyatlarımız artacaq” - DEPUTAT

“Neft bahalaşır, valyuta ehtiyatlarımız artacaq” - DEPUTAT

Hazırda oxunan: “Neft bahalaşır, valyuta ehtiyatlarımız artacaq” - DEPUTAT

11255

“Neftin bir bareli qlobal pandemiya elan ediləndən sonra ilk dəfə olaraq 60 dollardan baha satılır.

OPEK+ ölkələrinin öhdəliklərə əməl etməsi, Səudiyyə Ərəbistanının gözlənildiyindən daha çox hasilat azalmasına getməsi qlobal neft təklifini azaldıb. Bu isə bazardakı tarazlığa təsir göstərərək qiymətin artmasına səbəb olub”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Brent" nefti 61 dolları keçdi

"Azeri Light"ın da qiyməti 61 dolları keçdi


Deputatın sözlərinə görə vaksinasiya səviyyəsinin yüksəlməsi pandemiyanın miqyasının minimumlaşacağı ilə bağlı ümidlər yaradıb.

Bu isə investorların neft bazarına marağını artırıb:

“Pandemiyanın lokallaşdırılması yenidən real sektorun canlanmasına və neftə tələbin artmasına səbəb ola bilər.

ABŞ-dakı sonuncu dəstək paketi də ən böyük neft istehlakçısı olan Birləşmiş Ştatlarda iqtisadi canlanma ilə bağlı proqnozları gücləndirib və bu da neft bazarına təsirsiz ötüşməyib.

Gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır.

2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 35 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. 

Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, OPEK+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO