Azərbaycanda ilk dəfə beynəlxalq Daşınmaz Əmlak Bazarı (DƏB) sərgi-satış kompleksi istifadəyə verilib.
Bu barədə Bizim.Media-ya açıqlamasında DƏB-in direktoru Pərvin Hacıyeva məlumat verib.
O bildirib ki, kompleksdə Tükiyə, Dubay, Kipr və Azərbaycandan 70-ə yaxın şirkətin daşınmaz əmlak bazarı ilə bağlı 100-dən çox layihəsi təqdim edilir.
MÖVZU İLƏ BAĞLI:
Qiymət artımı hansı mənzillərdə olacaq? – Ekspertin CAVABI
Layihələrin 60%-i Azərbaycana, 20%-i Türkiyə, qalan hissəsi isə digər ölkələrlə bağlıdır. Şirkətlər daha çox daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və barteri, təmir-dizayn xidməti təklif edirlər. Artıq Rusiya, Gürcüstan və Moldova şirkətləri də sərgi-satış kompleksində iştirak etmək üçün müraciət edib".
P.Hacıyeva hesab edir ki, xarici şirkətlərin Azərbaycan daşınmaz əmlak bazarında təmsil olunması eyni zamanda xarici investisiyaların ölkəyə, o cümlədən işğaldan azad edilmiş ərazilərə artmasına təsir göstərə bilər.
Bizim.Media