Vergi daxilolmalarının həcmi 15 mlrd. manatı ötüb - İLK DƏFƏ

Vergi daxilolmalarının həcmi 15 mlrd. manatı ötüb - İLK DƏFƏ

Hazırda oxunan: Vergi daxilolmalarının həcmi 15 mlrd. manatı ötüb - İLK DƏFƏ

110002

15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 mlrd. manatı keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib. 

O bildirilib ki, qeyri neft-qaz sektorundan daxilolmalar isə 7,9 mlrd. manata çatıb.

"Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk"- nazir öz şərhində deyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO