AQTA Gürcüstandan gətirilən toxumluq kartofla bağlı məlumat yaydı

AQTA Gürcüstandan gətirilən toxumluq kartofla bağlı məlumat yaydı

Hazırda oxunan: AQTA Gürcüstandan gətirilən toxumluq kartofla bağlı məlumat yaydı

108824

Azərbaycanın Gürcüstandan gətirdiyi toxumluq kartof məhsulunda karantin tətbiq edilən zərərvericilər aşkar olunduğuna görə məhv edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Gürcüstan Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Saxta spirtli içkilərlə bağlı XƏBƏRDARLIQ EDİLDİ 


Sınaq protokollarına əsasən, məhsul partiyasında karantin tətbiq edilən zərərvericilər - kartof yumrularında halqavari çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə müvafiq tədbirlər görülüb və istehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO