Mərkəzi Bank tərəfindən Azərbaycanda idmanın inkişafında və müasir gəncliyin formalaşmasında müstəsna rola malik olan Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə tədavülə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı buraxıb.
Bizim.Media AMB-yə istinadən xəbər verir ki, bu pul nişanlarının Milli Olimpiya Komitəsinə satışı təmin edilib.
Yubiley pul nişanının çəkisi 1 troy unsiya – 31,1 qram, diametri 38,61 mm təşkil edir. Pul nişanı Almaniyanın “Bavarian Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.
Bildiririk ki, yubiley pul nişanının əsas dizayn elementləri kimi ön tərəfində “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi”, “30”, “1992-2022” yazıları, olimpiya məşəlinin və eləcə də digər idman simvollarının təsviri, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri və nominalın rəqəmi əks olunmuşdur.
Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:36 / 07.12.2022
Mərkəzi Bank 5 manatlıq gümüş pul nişanları hazırlatdırıb – Tədavülə buraxıldı
Hazırda oxunan: Mərkəzi Bank 5 manatlıq gümüş pul nişanları hazırlatdırıb – Tədavülə buraxıldı
Hazırda oxunan: Mərkəzi Bank 5 manatlıq gümüş pul nişanları hazırlatdırıb – Tədavülə buraxıldı
108393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.