\'\'Ölkədə əmək haqlarının davamlı artımına nail olunub\'\' - Nazir - FOTO

\'\'Ölkədə əmək haqlarının davamlı artımına nail olunub\'\' - Nazir - FOTO

Hazırda oxunan: \'\'Ölkədə əmək haqlarının davamlı artımına nail olunub\'\' - Nazir - FOTO

10790

“Ölkəmizdə məşğulluq imkanlarının artırılması ilə paralel olaraq,  layiqli əməyə nail olunması qarşıdakı dövrdə də prioritet istiqamət olacaq və qeyri-formal məşğulluğun qarşısının alınması, gəlirlərin leqallaşdırılması üçün kompleks tədbirlər davam edəcək”.

Bizim.Media-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

''Qarabağda təhsilin inkişafına yardım göstərməyə hazırıq'' - Türkiyə Maarif Fondu - FOTO


Nazir Prezident İlham Əliyevin Sərəncamları ilə 2017-ci ildə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını və  qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiq edildiyini qeyd edib.

O, həmin vaxtdan ötən dövrdə əmək müqavilələrinin sayının 30% və ya 400 min müqavilə artdığını, əməkhaqqı fondunda 77% artım qeydə alındığını bildirib.

S.Babayev pandemiya dövründə iş yerlərinin, məşğulluğun qorunmasının əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb.

Ölkədə sosial ödənişlərin, o cümlədən əməkhaqlarının davamlı artımına nail olunduğunu, qeyri-formal məşğulluğun leqallaşdırılması məqsədilə həyata keçirilən stimullaşdırıcı tədbirləri diqqətə çatdırıb.

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılmaqda olduğunu deyib.

Nazir işğaldan azad edilən ərazilərdə həmin bölgələrdə müasir sosial infrastruktur qurulacağını, sosial müdafiə və aktiv məşğulluq proqramlarının geniş vüsət alacağını bildirib.

Ölkəmizdə aktiv məşğulluq tədbirlərinin ildən-ilə genişləndirildiyini, rəqəmsal məşğulluq xidmətlərinin qurulması işlərini qeyd edən nazir həssas qrupların əmək bazarına çıxışına dəstək verilməsi üçün icra olunan proqramları qeyd edib.

Ötən il 150 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu, o cümlədən 100 min şəxsin işlə təmin edildiyini, özünüməşğulluq proqramı üzrə 12 min şəxsin kiçik biznesə çıxışına dəstək verildiyini, 2021-ci ildə 16 mindən çox şəxsin proqrama cəlb ediləcəyini vurğulayıb.

Görüşdə ölkəmizdə aparılan əmək bazarı islahatları, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində görülən işlər, həyata keçirilən sosial islahatlara dair müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO