Qarabağa dünyanın ən peşəkar ekspertləri dəvət ediləcək – Deputatdan açıqlama

Qarabağa dünyanın ən peşəkar ekspertləri dəvət ediləcək – Deputatdan açıqlama

Hazırda oxunan: Qarabağa dünyanın ən peşəkar ekspertləri dəvət ediləcək – Deputatdan açıqlama

10679

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənib. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa qayıdış hansı rayondan başlayacaq? – Millət vəkilinin cavabı 


Bizim.Media xəbər verir ki, həmin 5 prioritetdən biri də işğaldan azad olunan əraziləri təmiz ətraf mühit və yaşıl artım regionuna çevirməkdir.

Bizim.Media məsələ ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, millət vəkili Asim Mollazadəyə müraciət etdik.

Söhbət əsnasında deputat əvvəl bu ərazilərdə ermənilərin ətraf mühitə vurduqları ziyanın hesablanacağını deyib.
 

“Meşələrlə yanaşı su mənbələri böyük ziyan görüb. Bildiyiniz kimi orada Azərbaycanın bir neçə mədənləri də qanunsuz istismar olunub.


Əvvəl hər şey çox ciddi şəkildə araşdırılmalıdır. Müvafiq qanunvericilikdə dəyişikliklər varsa, biz bu müzakirələri həyata keçirərək, zəruri qanunları qəbul edə bilərik. Mən əminəm ki, biz azad olunmuş torpaqlarımızı, Qarabağımızı cənnətə çevirməliyik. Bu prosesdə ən vacib amil təbiətin qorunmasıdır”.

Deputat həmçinin Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına görə  bu ərazilərdə müasir tipli istehsalat müəssisələrinin də tikiləcəyini deyib:
 

“Prezident İlham Əliyev son çıxışı zamanı şəhərləri, kəndləri müasir səviyyədə və ən müasir texnologiyalarla bərpasının təmin edilməsi barədə də xatırladıb. Bizim orada unikal su mənbələrimiz var.


Əvvəl yeni suvarma üsulları qurulmalıdır ki, ekologiyaya ziyan vurmadan, sudan qənaətlə istifadə edək. Bu məsələlərin hamısı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirə olunub və biz müvafiq icra strukturları ilə birgə bu işdə iştirak edəcəyik.

Bundan başqa bu işdə bizə ən başlıca ekspertlər kömək olacaq. İlk növbədə məhz su mütəxəssislərinin bu istiqamətdə tövsiyyələri çox önəmlidir. İnanıram ki, bu işə dünyanın ən peşəkar ekspertlərini dəvət ediləcək”.

Sonda A.Mollazadə bütün işlərlə yanaşı regionda təbii kənd təsərrüfatı məhsullarının da yetişdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb:

“Bundan başqa bu torpaqlarda müasir texnologiyalardan istifadə edərək, kimyəvi maddələrdən uzaq orqanik məhsullar yetişdirmək nəzərdə tutulub. Biz bu işə son dərəcədə həssaslıqla yanaşıb, təbiətə ziyan vurmadan bu işləri həyata keçirməliyik. Bizim bu quruculuq işlərində əsas prioritetimiz ekologiyanın saflığının qorunmasıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO