“Fitch

“Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini TƏSDİQLƏDİ

Hazırda oxunan: “Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini TƏSDİQLƏDİ

106310

“Fitch" beynəlxalq reytinq agenttliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini ölkə reytinqinə bərabər səviyyədə - “BB+" olmaqla təsdiqləyib. 

Bizim.Media fonda istinadən xəbər verir ki, reytinq üzrə proqnoz "Müsbət"dir.

"Fitch" qərarında Fondun dövlətə məxsus olmasını, yaradıldığı gündən onun fəaliyyətinə ciddi nəzarət edilməsini və davamlı dəstəklənməsini, ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olmasını nəzərə alıb. Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, likvidlik mövqeyini xüsusi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO