“Azərbaycanda orta aylıq əməkhaqqı artırılmalıdır” - Vahid Əhmədov

“Azərbaycanda orta aylıq əməkhaqqı artırılmalıdır” - Vahid Əhmədov

Hazırda oxunan: “Azərbaycanda orta aylıq əməkhaqqı artırılmalıdır” - Vahid Əhmədov

104885

“Dünyada ərzaq qıtlığının olması bilinən və gözləniləndir. Azərbaycan da bundan sığortalanmayıb”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, ərzaq qıtlığının qarşısını almaq üçün ölkədə kənd təsərrüfatına diqqət yetirilməlidir.

“Bununla əlaqədar təklif edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq gücləndirilsin, iki qurum arasında əməkdaşlıq müqaviləsi bağlanılsın. Bununla da kənd təsərrüfatında çalışanların maliyyə problemi həll oluna bilər”, - deyə Vahid Əhmədov əlavə edib.

Milli Məclisin deputatı həmçinin onu da təklif edib ki, Azərbaycanda orta aylıq əməkhaqlarının artırılması da vacib məsələdir:

“Çünki ölkədə və dünyada baş verən bahalaşma göz qabağındadır. Eyni zamanda büdcədən işləməyən və ya ödəniş almayan şəxslər üçün də maliyyə ayrılmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO