"Bu ilin yanvar-oktyabr aylarında Bakı Limanında 5,356 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14 % çoxdur".
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli açıqlamasında deyib.
Onun sözlərinə görə, yüklərin 90 %-dən çoxu tranzit yüklərdir: "Onlar əsasən Çindən, qismən isə Orta Asiya ölkələrindən daxil olur və Avropanın müxtəlif ölkələrinə göndərilir.
"Bakı Limanı genişləndirilir və onun illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər çatdırılması nəzərdə tutulur", - deyə liman rəsmisi xatırladıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:35 / 14.11.2022
Bakı Limanında yükaşırma 14 % artıb
Hazırda oxunan: Bakı Limanında yükaşırma 14 % artıb
Hazırda oxunan: Bakı Limanında yükaşırma 14 % artıb
104223
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.