"Bakı Limanının ərazisində inşa olunan gübrə terminalının gələn ilin əvvəlində istifadəyə verilməsi gözlənilir".
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Ümumi Yük Terminalının rəisi Kamran Cəlili açıqlamasında deyib.
Qeyd edib ki, terminalda ildə 300 milyon ton, saatda isə 600 ton yük aşırılacaq.
"Burada saatda əlavə olaraq 6 min ton səpgili yük aşırmaq da mümkün olacaq", - deyə liman rəsmisi vurğulayıb.
K.Cəlilinin sözlərinə görə, limana Orta Asiya ölkələrindən kükürd, korbamid, ammonium-nitrat gübrələrinin gətirilməsi planlaşdırılır.
Rövşən İlyasov, Bizim.Media