Qarabağda sahibkarlara bu vergilərdən 10 il GÜZƏŞT OLACAQ

Qarabağda sahibkarlara bu vergilərdən 10 il GÜZƏŞT OLACAQ

Hazırda oxunan: Qarabağda sahibkarlara bu vergilərdən 10 il GÜZƏŞT OLACAQ

103602

İşğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınacaq sahibkarlıq subyektləri vergi güzəştlərindən yararlana biləcəklər, yalnız banklar bu təşviqlərə aid deyil.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə uçota alınacaq vergi ödəyiciləri, əmlak, torpaq vergilərindən 10 il müddətinə güzəştlər əldə ediləcək.

“Bura satışdankənar gəlirlər də daxildir. İstehsal sahələri üzrə xammalın idxalı da 10 il müddətinə vergilərdən azad edilir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin turizm potensialı nəzərə alınaraq əmlak, torpaq vergilərindən azad olunmaqla yanaşı, ƏDV-nin geri qaytarılması üzrə faiz dərəcəsi 30% müəyyən olunub", - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO