Manatın məzənnəsi sabit qalacaqmı? - RƏSMİ AÇIQLAMA

Manatın məzənnəsi sabit qalacaqmı? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Manatın məzənnəsi sabit qalacaqmı? - RƏSMİ AÇIQLAMA

102646

Maliyyə Nazirliyi manatın məzənəsinin sabit qalmasında maraqlıdır.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında nazir Samir Şərifov bildirib.

"Bunun üçün Azərbaycan Mərkəzi Bankı ilə sıx əməkdaşlıq edirik", - o qeyd edib.

Bundan başqa, nazir bildirib ki, dünyada karbohidrogen qiymətlərinin yüksək olması səbəbi ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulandan xeyli çoxdur və buna görə də, büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitdən istifadə nəzərdə tutulmur.
"Azərbaycanda fiskal dayanıqlılığın təmin edilməsi ilk növbədə qeyri-neft baza kəsrinin ilbəil azaldılması yolu ilə təmin edilə bilər. Digər yol isə Dövlət Neft Fondunun gəlirlərinin sabitliyini qorumaqdır", - S.Şərifov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO