Rusiyadan Azərbaycana KAPİTAL AXINI – Hansı sahələrdə aktivlik artacaq?

Rusiyadan Azərbaycana KAPİTAL AXINI – Hansı sahələrdə aktivlik artacaq?

Hazırda oxunan: Rusiyadan Azərbaycana KAPİTAL AXINI – Hansı sahələrdə aktivlik artacaq?

102105

"Azərbaycana pul köçürmələrində artım müşahidə edilir. Banklarla kommunikasiya və müşahidələrimiz onu göstərir ki, artım Rusiyada yaşayan azərbaycanlıların köçürmələri ilə əlaqədardır".

Bu fikirlər Mərkəzi Bankın baş direktoru Toğrul Əliyevə məxsusdur.

Bəs, Rusiyadan pul köçürmələrinin artması Azərbaycanda hansı sahələrdə aktivlik yaradacaq?

Sualı Bizim.Media üçün cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycana pul köçürmələri bu ilin II rübündə artıb:

“Ümumilikdə, ilk yarımillik üzrə Rusiyadan Azərbayacan köçürülən pulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə, nə az, nə çox, 590%, yəni 4,9 dəfə artıb. Bunun birbaşa təsirləri həmin pulların necə istifadə olunacağından asılıdır. İqtisadiyyata birbaşa təsirinin yüksək olması üçün onun yönləndirildiyi istiqamət mühüm əhəmiyyət kəsb edir. 

Rusiyada baş verənlərdən dolayı, bu ölkələrdə yaşayan şəxslərin ölkənin gələcəyinə inamı yoxdur və mümkün qədər pullarını çıxarmağa çalışırlar. Azərbaycan da kapital köçürmələri üçün etibarlı ölkə kimi görülür”.
Ekspert daha çox aktivliyin daşınmaz əmlak bazarında müşahidə olunacağını proqnozlaşdırıb:

“Eyni zamanda Rusiyada biznes qurmağı hədəfləyən şəxslər məqsədlərini Azərbaycanda həyata keçirə bilərlər. Ümumilikdə, bank sektoru, məşğulluq, daşınmaz əmlak bazarı, yeni biznes subyektlərinin fəaliyyətə başlaması kimi sahələrə köçürülmüş vəsaitlərin müsbət təsiri ola bilər.

Lakin dəqiq hansı sahəyə təsirlərin böyük olacağını indidən təxmin etmək çətindir”.



Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO