Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani və ölkə Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə M.Cabbarov Tvitterdə yazıb.
“Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə iki ölkə arasında ticarətin genişləndirilməsi, investisiya, nəqliyyat, enerji, sənaye, kiçik və orta biznesin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik”, - nazir qeyd edib.
Eyni zamanda ölkə Əmirinin şəxsi nümayəndəsi ilə görüşünə də toxunan M.Cabbarov orada Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırdığını, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi apardığını vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
04:39 / 31.10.2022
Mikayıl Cabbarov qətərli nazir ilə nəyi müzakirə edib?
Hazırda oxunan: Mikayıl Cabbarov qətərli nazir ilə nəyi müzakirə edib?
Hazırda oxunan: Mikayıl Cabbarov qətərli nazir ilə nəyi müzakirə edib?
101947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.