Cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın Azərbaycan ilə ticarət dövriyyəsinin həcmi 21,3 faiz artaraq 959,6 milyon ABŞ dollarına çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən illə müqayisədə 169 milyon dollar və ya 21 faiz çoxdur.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 471 milyon ABŞ dolları dəyərində mal və məhsullar idxal edib. Bu da 2021-ci illə müqayisədə 80,5 milyon dollar və ya 20,6 faiz çoxdur.
Cari ildə Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 5 faizini təşkil edib. Ötən ilin analoji dövründə isə Gürcüstana Azərbaycandan 390,5 milyon dollar dəyərində mal və məhsullar idxal olunub.
Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstandan Azərbaycana 488,6 milyon dollarlıq mal ixrac edilib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz çoxdur.
Bu il Gürcüstanın ümumi ixracının 11,9 faizi Azərbaycanın payına düşüb. Ötən ilin ilk 9 ayında isə Gürcüstan Azərbaycana cəmi 400,1 milyon dollarlıq mal və məhsullar ixrac edib.
Beləliklə, cari ildə Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsində 17,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 1,8 dəfə çoxdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:22 / 20.10.2022
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 21,3 faiz artıb – SON 9 AYDA
Hazırda oxunan: Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 21,3 faiz artıb – SON 9 AYDA
Hazırda oxunan: Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 21,3 faiz artıb – SON 9 AYDA
100218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.