SOCAR və Rumıniya şirkəti arasında Memorandum imzalanıb

SOCAR və Rumıniya şirkəti arasında Memorandum imzalanıb

Hazırda oxunan: SOCAR və Rumıniya şirkəti arasında Memorandum imzalanıb

100212

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar. 

“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub. Bu istiqamətlərə uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, energetika naziri Pərviz Şahbazovun və SOCAR rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin Rumıniyaya səfəri baş tutub”, - məlumatda bildirilib. 

Anlaşma Memorandumunun imzalanması əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpa olunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO