“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarıldı

“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarıldı

Hazırda oxunan: “Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarıldı

99054

“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub.

Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb.

Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır.
Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar saat 17:00-adək fəaliyyət göstərəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu "Qarabağ" - "Olimpiakos" görüşü bu gün saat 20:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO